Argentina prezidenti Alberto Fernandes bel ağrısı ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Bildirilib ki, həkim nəzarətinə götürülən Argentina liderində fəqərələrarası yırtıq yaranıb. Fernadesə müvafiq müalicə və istirahət təyin olunub.