Rusiyanın “Ermitaj” muzeyi və Ermənistanın “Erebuni” muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Modern.az xəbər verir ki, bu barədə “Erebuni”nin direktoru Mikayel Badalyan "Sputnik Armenia"ya məlumat verib.
Onun sözlərinə görə, muzeylər müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Bildirilib ki, müqavilə müxtəlif layihələri nəzərdə tutur. Belə ki, "Erebuni"də Sankt-Peterburq muzeyinin guşəsi açılacaq, Ermitajda isə monumental daş mixi yazılar təqdim olunacaq.
Bundan əlavə, məşhur "Ermitaj" laboratoriyasında Ermənistan Milli Elmlər Akademiyasının bərpaçıları da təlim keçəcəklər.