Modern.az

Senatorlar Pentaqon rəhbərindən tələb edir: Ukraynaya F-16 verin!

Senatorlar Pentaqon rəhbərindən tələb edir: Ukraynaya F-16 verin!

Dünya

15 Mart 2023, 11:33

ABŞ-da hər iki siyasi partiyanın senatorları Pentaqon rəhbərindən Ukraynaya F-16-ların necə göndəriləcəyini öyrənməyi tələb ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri 8 senatorun ABŞ müdafiə naziri Lloyd Ostinə göndərdiyi məktuba istinadən yazıb.

 

Məktubda deyilir ki, Ukraynadakı müharibə hazırda kritik mərhələdədir. qırıcı təyyarələr Ukraynaya üstünlük verəcək və hərbi əməliyyatların gedişatını dəyişəcək.

 

"Münhen Təhlükəsizlik Konfransında Ukraynaya dəstək verməyə çalışan ABŞ, Ukrayna və digər ölkələrdən olan liderlərlə danışdıqdan sonra biz hesab edirik ki, Vaşinqton Ukraynaya F-16 təmin etməyi diqqətlə nəzərdən keçirməlidir. Bu, döyüş meydanındakı vəziyyəti dəyişdirəcək”, - deyə qeyd olunub.

 

Senatorlar məktubda həftəsonuna qədər qırıcıların uğurlu transferi üçün zəruri olan müxtəlif amilləri qiymətləndirməyi xahiş ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu