Modern.az

Daşnaklar Sergey Mironovla Laçın dəhlizindən danışdı

Daşnaklar Sergey Mironovla Laçın dəhlizindən danışdı

15 Mart 2023, 12:33

Ermənistan parlamentinin deputatları olan müxalif Daşnaksütun partiyasının funksionerləri İşxan Saqatelyan və Armen Rustamyan Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya - Həqiqət naminə" fraksiyasının rəhbəri Sergey Mironovla görüşüblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, görüşdə Laçın dəhlizindəki son vəziyyət və Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin inkişafı müzakirə edilib.

 

Moskvada keçirilən görüşdə erməni siyasətçilər Rusiya Federasiyasının və sülhməramlıların mövqeyinin çox vacib olduğunu və Kremldən daha fəal dəstək gözlədiklərini qeyd ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?