Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdən danışıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, rəqibi CHP lideri Kemal Kılıçdaroğlunu tənqid edib.
"Axır ki, "Bay-bay Kemal" kimisə qabağa vermək əvəzinə özü namizəd oldu. İnşallah ki, 6 partiyanın vahid namizədi ilə demokratik şəkildə yarışacağıq, ona lazım olan yeri göstərəcəyik", - deyə Ərdoğan söyləyib.
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri eyni tarixdə - 14 mayda baş tutacaq.