Türkiyə parlamenti aprelin ortalarına qədər Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən yazıb.
Məlumata görə, Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətinə İsveçin müraciətindən ayrıca baxılması planlaşdırılır.
Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinstö Türkiyəyə səfər edəcək və həmkarı Rəcəb Tayyib Ərdoğanla NATO-ya üzvlük məsələsini müzakirə edəcək.