Modern.az

Putin tapşırıq verdi: “Sərt mübarizə aparmalıdır”

Putin tapşırıq verdi: “Sərt mübarizə aparmalıdır”

Dünya

15 Mart 2023, 16:06

"Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi Rusiya Federasiyasının suveren hüquqi dövlət kimi inkişafı üçün əsas şərtlərdir. Prokurorlar bu il hərbçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirməlidirlər. Deməliyəm ki, ekstremizm və terrorizmə, korrupsiyaya qarşı mübarizədə müsbət dinamika var. Hərbi əməliyyatın bütün iştirakçıları vaxtında pul və digər müavinətlərlə təmin edilməlidir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin prokurorlarla görüşündə deyib.

 

"Rusiya biznesi sanksiyalarla bağlı çağırışlara adekvat cavab verir. Rusiya Federasiyasının əleyhdarlarının bütün hərəkətlərinə ölkə daxilində iqtisadi azadlıqların genişləndirilməsi ilə cavab verilməlidir. Prokurorlar xüsusilə müdafiə sənayesində rüşvət və korrupsiya sxemlərinə qarşı sərt mübarizə aparmalıdırlar. Hakimiyyət müdafiə təyinatlı məmulatlara kifayət qədər pul ayırır, lakin bu, başqa sahələrin zərərinə olmamalıdır. Rusiyada ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinə prokurorlar sərt cavab verməlidir. Biz yeni silahların istehsalı üçün potensialın yaradılması istiqamətində genişmiqyaslı iş aparırıq. Rusiya aktiv şəkildə əlavə silah istehsalı üçün imkanlar yaradır: bu, hazırda ölkə üçün vacibdir və gələcəkdə də faydalı olacaq", - deyə Putin əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu