Modern.az

Lavrov Suriya XİN başçısı ilə görüşdü

Lavrov Suriya XİN başçısı ilə görüşdü

Dünya

15 Mart 2023, 17:26

Suriyanın xarici işlər naziri Faysa Mikdad Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

 

Modern.az Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, nazirlər ikitərəfli əməkdaşlığın əsaslarını və hər iki ölkəni maraqlandıran bir sıra məsələləri müzakirə ediblər.

 

Bildirilib ki, danışıqlar zamanı Lavrov və Mikdad hər iki tərəf üçün xüsusi maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb. 

 

"Bunlardan ən mühümləri Yaxın Şərq regionunda dəyişikliklər və Suriyanın Ərəb Dövlətləri Liqasında öz hüquqlarını bərpa etməsi və digər məsələlərdir", - deyə xəbərdə qeyd olunub.

 

Məlumata görə, söhbət zamanı Lavrov ölkəsinin ərəb dünyasında baş verən müsbət dəyişiklikləri dəstəklədiyini bir daha ifadə edib: “Biz Ərəb dünyasındakı bu müsbət tendensiyanı dəstəkləməyə davam edəcəyik. Qarşıdakı aylarda keçirməyi planlaşdırdığımız ərəb dövlətləri və Rusiya toplantısı da mühüm əhəmiyyət daşıyır".

 

“Rusiya suriyalı dostlarının və digər ərəb ölkələrinin dəstəyi ilə uzun illərdir ki, Körfəz bölgəsində və qonşu regionlarda kollektiv təhlükəsizlik konsepsiyasını gücləndirmək üçün çalışır", - deyə o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu