Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev PUA insidentindən danışıb.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, o, ABŞ-ın Ukrayna ilə bağlı addımlarını tənqid edib.
Patruşevin sözlərinə görə, dronla bağlı vəziyyət ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirak etdiyini təsdiqləyib.
O, həmçinin bildirib ki, Rusiya pilotsuz təyyarənin qalıqlarını götürməyə çalışacaq.
Dünən ABŞ ordusu məlumat yayıb ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.