Modern.az

Ərdoğan üçün imzatoplama kampaniyası başlayır

Ərdoğan üçün imzatoplama kampaniyası başlayır

Dünya

15 Mart 2023, 22:08

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabah qapalı iclas keçirəcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, iclas zamanı Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı qərar veriləcək.

 

Bildirilir ki, partiya artıq Ərdoğanın prezidentliyə namizədliyi üçün deputatlardan imza toplamağa başlayıb. MHP-nin də Ərdoğan üçün imza toplayacağı və qrup qərarı verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu