Ukraynanın Luqansk, Odessa və Xmelnitski hərbi administrasiyalarının rəhbərləri işdən çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski qərar imzalayıb.
Qərara əsasən, Luqansk rəhbəri Sergey Qaydai, Odessa rəhbəri Maksim Marçenko və Xmelnitski rəhbəri Sergey Qamaliyi istefaya göndərilib.