Modern.az

ABŞ və Rusiya generalları da danışıqlar apardı

ABŞ və Rusiya generalları da danışıqlar apardı

Dünya

16 Mart 2023, 00:54

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millli ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Telefon danışığının təfərrüatları açıqlanmayıb.

Bundan əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Xatırladaq ki, ABŞ ordusuna məxsus PUA Qara dənizə düşüb. ABŞ ordusu məlumat yayıb ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu