Modern.az

Liviyada 2.5 ton uran yoxa çıxdı

Liviyada 2.5 ton uran yoxa çıxdı

Dünya

16 Mart 2023, 08:07

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri Liviyadakı poliqonda təxminən 2,5 ton uran filizinin yoxa çıxdığını müəyyən ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi təşkilata üzv olan ölkələrə məlumat verib.

 

Qrossi bildirib ki, müfəttişlər uranı lazım olan yerdə tapmayıblar.

 

Diqqətə çatdırılıb ki, MAQATE “nüvə materialının çıxarılmasının şərtlərini və uran filizinin hazırkı yerini öyrənmək” niyyətindədir.

 

Qeyd edək ki, Liviya nüvə silahı proqramından 2003-cü ildə imtina edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu