"Rusiyadan köçənlər keçən il Ermənistanın iqtisadi artımının demək olar ki, yarısını təmin ediblər".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovanisyan deyib.
"İqtisadiyyatın 12.6% artımına Ermənistana insanların və maliyyə resurslarının axını, yerli şirkətlər üçün yaranmış əlavə imkanlar kömək edib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, müharibə ilə əlaqədar 2022-ci ildə Rusiyadan Ermənistana 790 min, bir il əvvəl isə 350 mindən çox insan gəlib: "2022-ci ildə Ermənistana pul köçürmələri təxminən 2.5 dəfə artaraq 5.2 milyard dollara çatıb. Bunların 3.6 milyard dolları Rusiyadan gəlib".