Belarus Xarici İşlər Nazirliyi Avropa Parlamentinin deputatlarının Belarusa qarşı sanksiyaları genişləndirmək çağırışını şərh edib.
Modern.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Anatoli Qlaz danışıb.
"Belarus dialoq aparmağa hazırdır, lakin yalnız bərabər və qarşılıqlı hörmət əsasında. Biz həmişə bu barədə açıq danışırıq. Ona görə də avropalı deputatlar ölkələrimizin təsərrüfat subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlığa necə töhfə vermək, Avropa İttifaqının vətəndaşların sərbəst hərəkət etmək hüququna qoyulmuş total məhdudiyyətləri aradan qaldırmaq barədə düşünsələr, daha yaxşı olardı", - deyə XİN sözçüsü bildirib.