İraqın Ənbar vilayətində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, qəzaya uğrayan “Chinook” helikopterin göyərtəsində 7 nəfər olub.
Qəza nəticəsində helikopterdəkilərin hamısı ölüb, onlardan 6-sının cəsədləri tapılıb. ABŞ Mərkəzi Komandanlığı helikopterin göyərtəsində amerikalı hərbçilərin olduğunu bildirib.
"TRT Haber"in məlumatına görə, İraq Regional Muxtariyyəti Duhok yaşayış məntəqəsində qəzaya uğrayan helikopterdə olanların bir qisminin PKK terror təşkilatının üzvləri olduğunu açıqlayıb.