Modern.az

Türkiyə vətəndaşları 75 ölkədə səs verə biləcək

Türkiyə vətəndaşları 75 ölkədə səs verə biləcək

Dünya

16 Mart 2023, 14:14

Türkiyənin xarici ölkələrdə yaşayan vətəndaşlarının seçkidə iştirakı ilə bağlı yeni məlumatlar açıqlanıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener danışıb.

 

"75 ölkədə fəaliyyət göstərən 156 nümayəndəlikdə vətəndaşlar səs verə biləcəklər. Budəfəki seçkilərdə daha 15 ölkədə seçki qutularının quraşdırılmasına qərar verilib", - deyə Yener bildirib.

 

Qeyd edək ki, bundan əvvəl 60 ölkədə səsvermə keçirmək mümkün olub. Diplomatik nümayəndəliklərlə yanaşı, Türkiyənin sərhəd-keçid məntəqələrində də seçicilərin səs vermək imkanı mövcuddur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI