Modern.az

Rusiyaya işləyənlər tutuldu - Biri hərbi tibb bacısıdır...

Rusiyaya işləyənlər tutuldu - Biri hərbi tibb bacısıdır...

Dünya

16 Mart 2023, 15:14

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətində iki Kramatorsk sakini olan Rusiya agentlərinin ifşa edildiyini açıqlayıb.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, onlardan biri Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin tibb bacısıdır.

 

Agentlərin hamısı artıq nəzarətə götürülüb. UTX-nin məlumatına görə, agentlər Ukrayna hərbçilərinin Baxmut yaxınlığındakı mövqeləri barədə məlumatları Rusiyaya sızdırıblar.

 

Onlar Rusiya kəşfiyyatı ilə əlaqə saxlayaraq, Müdafiə Qüvvələrinin bazasını, hərəkətini və təchizatını izləyib Ukrayna infrastrukturunun atəşə tutulması üçün koordinatlar veriblər. UTX əks-kəşfiyyat əməkdaşları onları növbəti tapşırığın icrası zamanı saxlayıblar.

 

"Saxlanılanlardan birinin oğlu Rusiya Federasiyasının cənub hərbi dairəsinin 1-ci ordu korpusunun kəşfiyyat bölməsində xidmət edir", - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu