Modern.az

Erməni generalın həbsinə qərar verildi

Erməni generalın həbsinə qərar verildi

Dünya

16 Mart 2023, 16:52

Ermənistan ordusunun general-mayoru, baş qərargah rəisinin sabiq müavini Qriqori Xaçaturovun həbsi barədə qərar çıxarılıb.

 

Modern.az xəbər verir ki, "Sputnik Armenia"ya məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, Apellyasiya Məhkəməsi Ermənistan Baş Prokurorluğunun vəsatətini təmin edib.

 

Qeyd edək ki, Xaçaturov fevralın 20-də saxlanılıb. O, vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulmasında, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu