Portuqaliyanın paytaxtı Lissabon şəhərində ismaililərin dini mərkəzinə soyuq silahla hücum edilib.
Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, bıçaqlı hücum zamanı azı iki nəfər ölüb. Şiə dini mərkəzinə hücum edən şəxsin Əfqanıstan əsilli olduğu qeyd edilib. Hücum edən şəxsin zərərsizləşdirildiyi açıqlanıb.
Qeyd edək ki, ismaililər tez-tez ekstremist qrupların hücumuna məruz qalan şiə icmasıdır. Dünya ismaililərinin lideri Şahzadə Kərim Ağa Xan 1998-ci ildə Lissabonda ibadət zalları, dərs otaqları, iclas otaqları və sərgi yerlərindən ibarət dini mərkəz açıb.