Modern.az

3 separatçı saxlanıldı - 10 ilə qədər həbs

3 separatçı saxlanıldı - 10 ilə qədər həbs

Dünya

18 Aprel 2023, 11:22

Qazaxıstanın Petropavlovsk şəhərində "müstəqillik"lərini elan etmiş 3 fəal saxlanılıb.

 

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, separatçıları “respublikanın unitarlığını və bütövlüyünü pozmaq təbliğatı və ictimai çağırışlar” maddəsi ilə 10 ilədək həbs cəzası gözləyir.

 

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan mediasında Petropavlovsk şəhərinin bir qrup sakininin müstəqil “şəhər xalq şurası”nın yaradıldığını elan edən videogörüntülər yayılıb. Videoda "şura üzvləri" özlərinin “müstəqilliyini, muxtariyyətini və suverenliyini” bəyan edirlər.

 

Məlumata görə, Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) görüntülərlə bağlı Cinayət Məcəlləsinin “kütləvi informasiya vasitələrindən istifadə edərək bir qrup şəxsdə separatizm təbliğatı” maddəsi ilə ibtidai istintaqa başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi