Modern.az

Sərvər Əminə Ərdoğanın iftar süfrəsində - FOTOLAR

Sərvər Əminə Ərdoğanın iftar süfrəsində - FOTOLAR

Dünya

19 Aprel 2023, 12:38

Türkiyədəki zəlzələ zamanı yardımı ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirli Türkiyə prezidentinin xanımı Əminə Ərdoğanın təşkil etdiyi iftar tədbirinə qatılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğanın xanımı tviter səhifəsində paylaşım edib.

 

"Qarşılığı ödənilə bilməyəcək əmək dilimizdə "könüllü" kəlməsi ilə izah edilir. İftar süfrəmizdə zəlzələdən ziyan çəkən vətəndaşlarımızı və yardımsevərliyin timsalı olan könüllülərimizi qonaq etməkdən xoşbəxtlik duydum. İzaholunmaz duyğular yaşadığımız bir axşamı geridə buraxdıq. "İnsan insanın yurdudur" sözünü hamımız birlikdə yenidən hiss etdik. Torpağımız şiddətli zəlzələ ilə sarsılanda əsrin fəlakətini əsrin həmrəyliyinə çevirən bir-birimizə inancımız oldu. Ürəkdən inanıram ki, tanımadığı insanların dərdinə şəfa olmağa çalışan insanlar olduqca aşa bilməyəcəyimiz əngəl yoxdur. Bu görüş vasitəsilə dəvətimizi qəbul edib gələn qiymətli adların şəxsində ürəyi yaxşılıqla döyünən millətimizə ən səmimi şükranlarımı təqdim edirəm. Yaxşı ki, varsınız!", - deyə o qeyd edib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi