Modern.az

Kılıçdaroğlu Ərdoğana təzminat ödəyəcək - MƏHKƏMƏ

Kılıçdaroğlu Ərdoğana təzminat ödəyəcək - MƏHKƏMƏ

19 Aprel 2023, 16:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəqibi, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğludan 105 min lirə mənəvi təzminat alacaq.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.

 

Belə ki, Ərdoğan Kılıçdaroğlunu hüquqlarını pozduğu iddiası ilə verdiyi məhkəməni udub. Qərara əsasən, 105 min lirə Kılıçdaroğlu tərəfindən ödənilməlidir.

 

Qeyd edək ki, Ərdoğan bundan əvvəlki təzminatı QHT-yə bağışlamışdı.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!