Modern.az

Eks-nazirin oğluna cinayət işi açıldı

Eks-nazirin oğluna cinayət işi açıldı

Dünya

20 Aprel 2023, 17:40

Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı cinayət işi açıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ara Oskanyan dələduzluqda şübhəli bilinir.

 

Məlumata görə, Oskanyanın oğlu üzərinə həbs qoyulmuş əmlakı satıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Hazırda faktla əlaqədar araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Ara Oskanyan 2017-ci ildə adam oğurluğunda şübhəli bilinərək saxlanılmış, bir müddət sonra azadlığa buraxılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi