Modern.az

Rumıniya Ukraynaya qarşı taxıl qadağasına qoşulmadı

Rumıniya Ukraynaya qarşı taxıl qadağasına qoşulmadı

Dünya

21 Aprel 2023, 13:12

Rumıniya Ukrayna ərzaq məhsullarının idxalını qadağan etmək niyyətində deyil, lakin onu məhdudlaşdırmağa çalışacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Rumıniyanın kənd təsərrüfatı naziri Petr Deaya istinadən məlumat yayıb.

 

O bildirib ki, ölkə birtərəfli qaydada Ukrayna taxıl idxalına qadağa qoymayacaq və Avropa Komissiyasının Mərkəzi-Şərqi Avropadakı fermerlərə kömək etmək üçün addım atmasını gözləyəcək.

 

Bununla belə, nəşrin məlumatına görə, Dea Buxarestdə ukraynalı həmkarı Nikolay Solski ilə görüşdükdən sonra ölkələrin idxalı məhdudlaşdırmaq üçün gözlənilən taxıl həcmləri ilə bağlı həftəlik məsləhətləşmələr aparacaqlarını qeyd edib.

 

Xatırladaq ki, aprelin 15-də Polşa Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalına qadağa qoysa da, aprelin 18-də tranzitin bərpasına razılıq verib. Bundan əlavə, Macarıstan Ukraynadan 25 məhsulun idxalına qadağa qoyub. Slovakiya və Bolqarıstanda da oxşar qərarlar nəzərdən keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi