Modern.az

Zelenski Belarusla sərhəddə - Mühüm məsələlər müzakirə olundu

Zelenski Belarusla sərhəddə - Mühüm məsələlər müzakirə olundu

Dünya

24 Aprel 2023, 20:59

Ukrayna Prezidenti Volodimir Zelenski Belarusla sərhəddə yerləşən Jitomir vilayətinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

 

Prezident səfər zamanı Belarusla dövlət sərhədinin möhkəmləndirilməsini müzakirə edib.

 

"Jitomir vilayətində keçirilən koordinasiya görüşündə bir çox mühüm məsələlər müzakirə olunub", - deyə Zelenski yazıb.

 

O, həmçinin əlavə edib ki, görüş zamanı qurudan müdafiə bölmələrinin hazırlıq vəziyyəti, hərbi hissələr, hücum qoşunları üçün şəxsi heyətin yenidən hazırlanması və ixtisasartırma hazırlığı barədə məlumatlar dinlənilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi