Modern.az

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi - YENİLƏNİB

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi - YENİLƏNİB

26 Aprel 2023, 22:57

Rusiya Ukraynada əsirlikdə olan 40 hərbçinin azad edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Azad edilən hərbi qulluqçular Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Moskvaya çatdırılacaq”, - nazirliyin açıqlamasında bildirilir.

 

Sərbəst buraxılan hərbçilərdən 36-sı sıravi, 6-sı zabitdir.

 

***

17:16

Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter" hesabında məlumat yayıb.

 

O bildirib ki, əsir mübadiləsi çərçivəsində 44 nəfər geri qaytarılıb. "44 nəfərimizi evə gətirə bildik. Onlar Mariupolu, “Azovstal”ı, Xerson vilayətini müdafiə ediblər, Şərqdə düşmənə qarşı vuruşublar. Biz eyni zamanda iki mülki vətəndaşımızı da azad etdik", - Yermak qeyd edib.

 

Rusiya tərəfi mübadilə barədə məlumat yaymayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi