Ukrayna prezidenti Volodimir Zelenski Çexiyanın yeni prezidenti Petr Pavel və slovakiyalı həmkarı Zuzana Çaputova ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.
Zelenski çexiyalı həmkarına səfərə görə təşəkkür edib. Bildirilib ki, Çexiya ilk günlərdən Ukraynaya kömək edir.
Zelenski, həmçinin Slovakiya prezidentinə də Ukrayna xalqını, ordusunu dəstəklədiyinə və Ukraynanın bərpasına kömək etdiyinə görə təşəkkürünü bildirib.