Modern.az

Qaqauziyada başqan seçkiləri - Qaliblər bəlli oldu 

Qaqauziyada başqan seçkiləri - Qaliblər bəlli oldu 

1 May 2023, 08:27

Moldovanın Qaqauziya muxtariyyətinin Mərkəzi Seçki Komissiyası başqan seçkilərinin ilkin nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, komissiya səslərin böyük hissəsini hesablayıb.

 

İlkin məlumata görə, ən yüksək səsi Moldova Sosialistlər Partiyasından Qriqori Uzun toplayıb, ikinci yerdə “Şor” partiyasının namizədi Yevgeni Qutsul qərarlaşıb. Qutsul 14 890, Uzun 14 849 səs qazanıb.

 

Üçüncü yeri 9132 səslə Qaqauziya Xalq Məclisinin deputatı Viktor Petrov tutub. 

 

Qeyd edək ki, seçkilərdə ən çox səs toplamış iki namizəd ikinci turda yarışacaq. Bu turda səslərin ən çoxunu qazanan namizəd muxtariyyətin başqanı olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi