Modern.az

Türkiyə ilə sərhədin açılması Ermənistana nə verəcək? - Nazirlik açıqladı

Türkiyə ilə sərhədin açılması Ermənistana nə verəcək? - Nazirlik açıqladı

1 May 2023, 10:38

"Birbaşa yük daşımaları malların tranzit vaxtını, yanacaq xərclərini azaldacaq və ixrac həcmini artıracaq".

 

Modern.az xəbər verir ki, bu, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən "Sputnik Armenia"nın "Türkiyə ilə sərhədin açılması Ermənistana nə verəcək?" sorğusuna göndərilən cavabda qeyd olunub.

 

"Bundan başqa, Ermənistanın daşıyıcıları üçüncü ölkəyə (Gürcüstan) tranzit üçün pul ödəməli olmayacaqlar. Lakin bu, Ermənistan-Gürcüstan ticarətinin həcminə təsir etməyəcək. Sərhəd açılsa, Ermənistandan Türkiyəyə və əks istiqamətdə yük daşımaları 3 istiqamətdə həyata keçirilə bilər: Axurik (Şirak rayonu), Marqara (Armavir rayonu) və Quşakert (Armavir rayonu) vasitəsilə. Ermənistandan Aİ ölkələrinə Türkiyə üzərindən yüklərin daşınmasına gəlincə, bu məsələ Avropa Nəqliyyat Nazirləri Konfransı və TRACECA tərəfindən beynəlxalq avtomobil daşımaları üçün kvota kontekstində həll olunacaq", - deyə bildirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi