İsrail və Fələstin atəşkəs barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fələstin rəsmisinə istinadən məlumat yayıb
Atəşkəs mayın 3-də səhərə yaxın qüvvəyə minib. Razılığın əldə edilməsində Misir, Qətər və BMT vasitəçilik edib.
Qeyd edək ki, mayın 2-də Qəzza zolağından İsrailə 20-yə yaxın raket atılıb. Hadisə zamanı ən azı üç nəfər yaralanıb. Mayın 3-nə keçən gecə İsrail buna cavab olaraq Qəzza zolağına zərbələr endirib. İsrail ordusu HƏMAS-ın hədəflərinə zərbələr endirdiyini bildirib. Fələstin mediasının məlumatına görə, Qəzzada bir nəfər yaralanıb.