ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bayden G7 ölkələrinin iclasında iştirak etmək üçün Yaponiyaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında görüşün gec-tez baş tutacağını deyib.
O, görüşün dəqiq nə vaxt olacağını açıqlamayıb.