Almaniya Ukrayna üçün yeni hərbi yardım paketi açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, yeni paketə TRML-4D hava hücumundan müdafiə radarı və "Vektor" kəşfiyyat tipli pilotsuz uçuş aparatları daxildir.
Bunlardan başqa, Ukraynaya zirehli körpülər, PUA əleyhinə sistemlər və digər texnikalar veriləcək. TRML-4D radarı təyyarə, helikopter və qanadlı raketlər kimi müxtəlif növ hava hədəflərini erkən aşkar etməyə qadirdir.