Amerika Birləşmiş Ştatları və Cənubi Koreya cümə axşamı Şimali Koreya ilə sərhəd yaxınlığında genişmiqyaslı döyüş atışlı təlimlərə başlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təlimlərə 2500 hərbçi və döyüş təyyarələri, hücum helikopterləri, pilotsuz uçuş aparatları, tanklar cəlb olunub.
Təlim Seul və Vaşinqton arasında hərbi ittifaqın yaradılmasının 70 illiyi ərəfəsinə təsadüf edir. Bu, iyunun ortalarına qədər planlaşdırılan beş birgə təlimdən birincisidir.
Qeyd edək ki, Şimali Koreya təlimlərin keçirilməsini tənqid edib.