Edqars Rinkeviçs Latviya prezidenti seçilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentində səsvermə keçirilib.
O, 2011-ci ildən bu vaxta qədər Latviyanın xarici işlər naziri postunu tutub.
Rinkeviçs 1973-cü ildə Yurmalada anadan olub.
Qeyd edək ki, Latviya parlamentli respublika üsul-idarəsinə malik olduğu üçün prezident ümumxalq səsverməsi yolu ilə deyil, qanunverici orqan tərəfindən seçilir.