Modern.az

Rusiyaya işləyən amerikalı casus həbsxanada ölü tapıldı

Rusiyaya işləyən amerikalı casus həbsxanada ölü tapıldı

Dünya

6 İyun 2023, 08:30

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Hanssen həbsxanada ölü tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Hanssen həbsxanada "təbii səbəblərdən" ölüb. 79 yaşlı keçmiş agent Florensiyada (Kolorado) yerləşən həbsxana kamerasında vəfat edib. Rəsmi qurumlar hələlik məsələyə münasibət bildirməyib.

 

Hanssenə SSRİ və Rusiya Federasiyasının xeyrinə casusluq ittihamı ilə ömürlük həbs cəzası verilmişdi.

 

Robert Hanssen 1976-2001-ci illərdə FTB-də çalışıb. Müstəntiqlərin fikrincə, o, gizli məlumatları, o cümlədən Vaşinqtonun xeyrinə işləyən KQB əməkdaşlarının adlarını SSRİ-yə, daha sonra Rusiyaya ötürüb. Onun ABŞ-da işləyən ən azı üç sovet zabitinin ölümündə qismən məsuliyyət daşıdığı güman edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi