Modern.az

Konstitusiyaya dəyişiklik təkliflərini təqdim edəcəyik - Ərdoğan 

Konstitusiyaya dəyişiklik təkliflərini təqdim edəcəyik - Ərdoğan 

Dünya

6 İyun 2023, 22:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibdə ilk iclasından sonra önəmli açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, o, 4 saat davam edən iclasdan sonra toplantıda müzakirə olunan mövzular barədə danışıb.

 

Ərdoğan deyib ki, seçkilərdən əvvəl gündəmə gətirilən konstitusiya dəyişiklikləri üzərində iş gedir. "Seçkilər öncəsi gündəmə gətirdiyimiz konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik", - o bildirib.

 

Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb.

 

O, seçki öncəsi verdiyi bütün vədlərin icra ediləcəyini vurğulayıb: "Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır".

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?