Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində iştirak edən Sinan Oğan növbəti seçimlərdə yenidən namizədliyini irəli sürmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.
Oğan qeyd edib ki, 2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacaq. "Heç kimə sirr deyil, indidən elan edirəm, 2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm", - Azərbaycan əsilli siyasətçi vurğulayıb.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyib.