Modern.az

Hələ əks-hücuma başlamamışıq - Ukraynadan açıqlama

Hələ əks-hücuma başlamamışıq - Ukraynadan açıqlama

Dünya

7 İyun 2023, 21:22

Ukrayna Silahlı Qüvvələri hələlik əks-hücum əməliyyatına başlamayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

 

O, əminliklə deyib ki, əməliyyat başlayanda hamı bundan xəbər tutacaq.

 

“Bütün bunlar doğru deyil. Hər şeyin nə vaxt başlayacağına ordumuz qərar verəcək. Biz əks-hücuma başlayanda hamı bu barədə biləcək, görəcəklər", - Danilov deyib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun 5 istiqamətdə hücuma başladığını bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?