Modern.az

Nyu-York əhalisinə xəbərdarlıq: Küçəyə çıxmayın!

Nyu-York əhalisinə xəbərdarlıq: Küçəyə çıxmayın!

Dünya

8 İyun 2023, 07:53

Kanadada meşə yanğınları nəticəsində Nyu-York şəhərində ən yüksək hava çirklənməsi qeydə alınıb.


Modern.az xəbər verir ki, bu barədə ABŞ hökumətə bağlı olan AirNow veb-saytı məlumat yayıb.


Bildirilib ki, Nyu-York şəhəri və ətrafında hava keyfiyyətinin səviyyəsi narıncıdan 165 qırmızıya yüksəlib. Bu səbəbdən səlahiyyətlilər sakinlərə mümkün qədər evdə qalmaq, küçədə qoruyucu maskalardan istifadə etmək barədə xəbərdarlıq ediblər.


Məlumata görə, şəhərin səhiyyə komissarı havanın keyfiyyətinin kəskin pisləşməsinin vətəndaşlar, xüsusilə yaşlılar və uşaqlar üçün əsl sağlamlıq təhlükəsi yaratdığını bildirib.


Şəhərdə görmə məsafəsinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə əlaqədar federal hakimiyyət orqanları Nyu-Yorkun Laqardiya hava limanının işini dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu