Modern.az

MİT-dən uğurlu əməliyyat: PKK liderlərindən biri zərərsizləşdirildi

MİT-dən uğurlu əməliyyat: PKK liderlərindən biri zərərsizləşdirildi

Dünya

8 İyun 2023, 11:16

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçuların "rəhbər" şəxslərindən biri hesab edilən Fehmi Öğmen və axtarışda olan 2 terrorçu zərərsizləşdirilib.

 

Əməliyyat Süleymaniyyədə baş tutub. Məlumata görə, MİT uzun müddətdir axtarışda olan terrorçuları izləyirmiş.

 

1993-cü ildə təşkilata qoşulan, uzun illər ölkə daxilində və xaricdə fəaliyyət göstərən Fehmi Öğmenin Türkiyədə bir çox aksiyaları şəxsən təşkil edən şəxslərin sırasında olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?