Modern.az

Cənazə namazında partlayış - Ölən və yaralılar var

Cənazə namazında partlayış - Ölən və yaralılar var

Dünya

8 İyun 2023, 12:07

Əfqanıstanda terror aktında ölən hakimiyyət nümayəndəsinin dəfn mərasimində partlayış törədilib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

 

Məlumata görə, cənazə namazı vaxtı bomba partladılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hələlik neçə nəfərin öldüyü barədə məlumat verilməyib.

 

Qeyd edək ki, bir neçə gün öncə Əfqanıstanın şimalında avtomobilə quraşdırılan bomba partladılıb. Nəticədə Bədəxşan vilayət rəhbərinin müavini həlak olub. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu