Modern.az

Şor Partiyasının fəaliyyəti qanunsuz ELAN EDİLDİ

Şor Partiyasının fəaliyyəti qanunsuz ELAN EDİLDİ

19 İyun 2023, 16:06

Moldova Konstitusiya Məhkəməsi Rusiyayönümlü Şor Partiyasını qeyri-qanuni elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" yazıb.

 

Hökumət sübut edib ki, partiya etirazlardan ölkəni destabilizasiya etmək üçün istifadə edib. Eləcə də Şor Partiyasının konstitusion prinsipləri pozduğu sübuta yetirilib.

 

Məlumata görə, Rusiya bu partiyadan istifadə edərək Moldovada vəziyyəti gərginləşdirməyə çalışıb. Şor Partiyasının funksionerləri isə Konstitusiya Məhkəməsinin qərarının siyasi olduğunu iddia edirlər.

 

Qeyd edək ki, partiyanın qurucusu rusiyameylli oliqar olan İlan Şordur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI