Modern.az

Uzunmüddətli müharibəyə hazırlaşırıq - Kansler

Uzunmüddətli müharibəyə hazırlaşırıq - Kansler

Dünya

19 İyun 2023, 20:36

Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazır.

 

O, NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib ki, uzunmüddətli müharibəyə hazırlıq gedir.

 

“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, - o deyib. Kansler, həmçinin Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi