Modern.az

Moskvaya dron hücumu

Moskvaya dron hücumu

Dünya

21 İyun 2023, 08:50

Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib.

 

İlkin məlumata görə, partlayışa PUA-nın vurulması səbəb olub. Bundan əlavə, Moskva vilayətinin Naro-Fominsk rayonunda eyni vaxtda daha iki PUA yerə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Yeni Moskva və Moskva vilayətində radioelektron mübarizə vasitəsinin köməyi ilə üç pilotsuz uçuş aparatı vurulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi