Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı Entoni Blinkenlə görüşündə müzakirə olunan mövzular açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Görüşdə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən İstanbul Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazda baş verən proseslər kontekstində Azərbaycan-Ermənistanın normallaşması və ikitərəfli münasibətlər müzakirə olunub.
***
17:08
Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda keçirilən Ukraynanın Bərpası Konfransına qatılıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, konfrans çərçivəsində Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüş keçirib.