"Türkiyənin Avropa İttifaqına üzvlüyü və İsveçin NATO-ya qəbulu məsələləri bir-biri ilə əlaqəli deyil".
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
"NATO NATO-dur. Aİ Aİ-dir. ABŞ Aİ-nin üzvü deyil. ABŞ əvvəllər bu danışıqların bərpası üçün Türkiyənin Avropa ilə danışıqlarının tərəfdarı olub. Prezident Bayden bu mövzu ilə uzun müddət məşğul olub. İsveçin NATO-ya üzvlüyü məsələsindən əvvəl. Bu mövzular bir-biri ilə əlaqəli deyil", - o qeyd edib.