Ermənistan parlamentində yeni deputat seçilib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Belə ki, hakim “Mülki müqavilə” partiyasının nümayəndəsi Vigen Xaçatryanın ölümündən sonra boş qalan yerinə 2008-ci il martın 1-də iğtişaşlar zamanı həlak olan şəxslərdən birinin bacısı Anuş Kloyan gətirilib.
Yeni deputat bu gün and içərək fəaliyyətə başlayıb.