Modern.az

Ukraynanın NATO-ya üzv olması dünya müharibəsinə səbəb olar - Baş nazir

Ukraynanın NATO-ya üzv olması dünya müharibəsinə səbəb olar - Baş nazir

14 İyul 2023, 10:22

"Ukraynanın NATO-ya dəvət edilməsi yeni dünya müharibəsinin başlanmasına gətirib çıxaracaq".

 

Modern.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radio proqramında deyib.

 

"Ona görə də Vilnüsdə keçirilən sammitdə müttəfiq ölkələrin liderləri belə bir addımdan çəkinərək düzgün addım atıblar. Qərblilər Ukraynada müharibə istəyir", - deyə o qeyd edib. 

 

Ukraynalıların aqressiv olduğunu və daim özləri üçün nə isə tələb etdiklərini iddia edən baş nazirin sözlərinə görə, qonşu ölkədə münaqişə hələ uzun müddət davam edəcək və Macarıstan hökuməti buna hazır olmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu