Modern.az

Yunanıstanda meşə yanğınları - turistlər təxliyə edildi

Yunanıstanda meşə yanğınları - turistlər təxliyə edildi

Dünya

23 İyul 2023, 11:39

Yunanıstanın Rodos adasında beş gündür davam edən meşə yanğınları artıq turistlərin olduğu əraziyə çatıb.

 

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, 12 oteldən təxminən 10 min turist təxliyə edilib.

 

Bundan başqa Yunanıstan ordusuna və Sahil Mühafizəsinə aid 3 qayıqla çox sayda turist 2 çimərlikdən təhlükəsiz yerə aparılıb.

 

Güclü külək və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarının qarşısını almağa mane olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR